8 C
Baku
Monday, January 26, 2026

Gümüşün qiyməti rekord 105 dolları keçib

“Comex” birjasında (Nyu-York Əmtəə Birjasının bölməsi) 2026-cı ilin mart ayı üçün tədarükü nəzərdə tutulan gümüş fyuçersinin qiyməti tarixi maksimumu yeniləyərək bir troya unsiyası üçün 105 dolları ötüb. Bu, ticarət platformasının məlumatlarından irəli gəlir.

Bakı vaxtı ilə saat 03:03-ə olan məlumata görə, gümüşün qiyməti bir troya unsiyası üçün 105,25 dollar səviyyəsində olub ki, bu da 1,93% artım deməkdir.

Saat 03:23-ə yaxın isə gümüşün qiyməti artım tempini bir qədər zəiflədərək 1,43% artımla 104,74 dollar səviyyəsində qərarlaşıb.

Son xəbərlər
Digər xəbərlər