Elektron pul təşkilatı “Mpay” şirkətində yeni təyinat olub.
Banker.az xəbər verir ki, İlqar Eyyubov MPAY-in İdarə Heyətinin üzvü təyin olunub.
O, 2021-ci ilin iyun ayından Mpay şirkətinin Maliyyə direktoru kimi çalışır.
İlqar Eyyubov 1997–2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın Tənzimlənməsi üzrə bakalavr dərəcəsini, 2001–2003-cü illərdə isə Müəssisələr İqtisadiyyatı üzrə magistr dərəcəsini əldə edib.






