“Comex” birjasında mart ayı üçün tədarük nəzərdə tutulan gümüş fyuçersinin qiyməti tarixdə ilk dəfə bir troya unsiyası üçün 110 dollar həddini ötüb. Bakı vaxtı ilə saat 14:00-a olan məlumata görə, qiymətli metalın qiyməti 7,68% artaraq 109,12 dollar səviyyəsinə yüksəlib. Fevral ayı üzrə qızıl fyuçersinin qiyməti isə 2,15% bahalaşaraq bir troya unsiyası üçün 5 086,8 dollar təşkil edib.
Birjada qiymətli metalların dəyəri 2025-ci ilin dekabrından etibarən rekordlar yeniləyir. 2026-cı ilin əvvəlindən bəri gümüşün qiyməti 33%-dən çox artıb. Bu gün maksimumunu yeniləyən qızıl da bahalaşmaqda davam edir. Qiymətli metalların dəyərinin sürətlə artmasının əsas səbəbi kimi ABŞ prezidenti Donald Trampın Venesuela və Qrenlandiya ilə bağlı açıqlamaları göstərilir.







