7 C
Baku
Wednesday, January 28, 2026

Azərbaycanda bank kartlarının sayı 22 milyon ədəd yaxınlaşdı

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə dekabr ayının sonunda dövriyyədə
olan ödəniş kartlarının sayı ötən aya nəzərən 145 min ədəd artaraq 21 milyon 980
min ədəd təşkil etmişdir.

Banker.az xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 10.5% artmışdır.

Ödəniş kartlarında debet kartlarının sayı 12.8% artmış, kredit kartlarının sayı isə 8% azalmışdır.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, dekabr ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 19% artmışdır. 2025-ci ilin dekabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 10,097 mln. manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər