“Top Properties Əmlak” MMC-nin fəaliyyətinə xitam verilir.
Banker.az xəbər verir ki, “Azbizneskom” MMC-yə qoşulduğunu və “Azbizneskom” MMC “Top Properties Əmlak” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edir.
Bildirək ki, bu ay “Top Properties” Məhdud Məsuliyyətli Cəmiyyəti yenidən təşkil olunaraq tərkibindən ayrılma nəticəsində “Top Properties Əmlak” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradıldığını elan etmişdir.
Xatırladaq ki, hal-hazırda “Bank Avrasiya”nın nizamnamə kapitalının 49.50 faizinə “Top Properties” MMC, 49.50 faizinə “Azbizneskom” MMC, 1.00 faizlik hissəsinə isə fiziki şəxs Eynullayev Rüstəm Tariverdi oğlu sahiblik edir.







