Bu gün saat 17:03 radələrində metronun “Nərimanov” stansiyasında qatarda texniki nasazlıq yaranıb.
Bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib.
Məlumata görə, qatar köməkçi qatar vasitəsilə xətdən çıxarılır. Bu səbəbdən Qırmızı və Yaşıl xətlərdə qatarların hərəkətində gecikmələr var.






