Azərbaycanda mikrokreditlərin həcmi 2026-cı ilin yanvar ayının əvvəlinə 3 mlrd. 560 mln. manat təşkil edib.
Banker.az xəbər verir ki, ilin əvvəli ilə müqayisədə mikrokredit portfelində artım qeydə alınıb. Belə ki, 2025-ci ilin yanvarında mikrokreditlərin həcmi 3 mlrd. 107 mln. manat olduğu halda, bir il ərzində göstərici 453 mln. manat və ya təxminən 14.6 % artıb.
2025-ci il ərzində mikrokreditlərin həcmi ümumilikdə artan xətt üzrə dəyişib.
1 yanvar 2026-cı il tarixinə cəmi biznes kreditlərinin həcmi 16 mlrd. 106.3 mln. manat olduğunu nəzərə alsaq, son bir ildə mikro kreditlərin ümumi kreditlərdəki payı 21%-dən 22%-ə yüksəlib.







