Bakı və Əbu-Dabi şəhərləri qardaşlaşa bilər.
Bu məsələ Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşündə müzakirə olunub.
Bildirilib ki, söhbət zamanı Bakı ilə Əbu-Dabi arasında qardaşlaşma münasibətlərinin yaradılması məsələləri də qeyd edilib.






