7 C
Baku
Tuesday, February 3, 2026

Tramp Harvarddan $1 milyard təzminat tələb edir

ABŞ prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkəsində yazıb ki, administrasiyası artıq Harvard Universiteti ilə danışıqlar aparmır. Əvəzində, universitetdən antisemitizm və “vokizm” təbliğinə görə 1 milyard dollar məbləğində zərərin ödənilməsini tələb edir.

2025-ci ildə ABŞ Təhsil Nazirliyi ali məktəbi 2,2 milyard dollar həcmində dövlət maliyyələşməsindən və 60 milyon dollarlıq müqavilələrdən məhrum edib. Qurum həmçinin 2,7 milyon dollar dəyərində iki qrantı ləğv edib və universitetə bildirib ki, kampusda fələstinpərəst etiraz aksiyalarını qadağan etməyəcəyi təqdirdə hökumətdən yeni qrantlar almayacaq. May ayında Tramp Harvardın yeni xarici tələbələr qəbul etməsini də qadağan edib.

2025-ci ilin iyulunda məlum olmuşdu ki, Harvard Universiteti Ağ Ev ilə mübahisəni nizamlamaq üçün 500 milyon dollar ödəməyə hazırdır. Lakin tərəflər arasında aparılan danışıqlar nəticəsiz qalıb.

“Bu məsələ mülki deyil, cinayət işi olmalıdır və Harvard öz qanunsuz hərəkətlərinin nəticələri ilə üzləşməli olacaq”, — deyə Tramp yazıb. — “İndi biz 1 milyard dollar təzminat tələb edirik və bundan sonra Harvard Universiteti ilə heç bir əlaqəmizin olmasını istəmirik”.

Son xəbərlər
Digər xəbərlər