Avropa Komissiyası bu gün Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin layihəsini təqdim edə bilər. Yeni sanksiyalar paketinin çərşənbə günü müzakirəyə çıxarılacağı barədə Polşanın “RMF” radiosu məlumat yayıb.
Yanvarın sonunda Avropa Komissiyasının rəhbəri Kaja Kallas bildirmişdi ki, Avropa İttifaqı hərbi əməliyyatların başlanmasının dördüncü ildönümünə — 24 fevrala qədər 20-ci paket tədbirləri qəbul etməyi planlaşdırır. “Euractiv”in məlumatına görə, mümkün məhdudiyyətlər arasında Rusiya neft tankerlərinə xidmət göstərilməsinin qadağan olunması, Rusiyaya lüks malların ixracına məhdudiyyət və Aİ-nin Rusiya gübrələrinin idxalı üzrə kvotalarının azaldılması var. Bundan əlavə, “Bloomberg” yazır ki, yeni paketə Rusiya bankları və neft şirkətlərinə qarşı yönəlmiş sanksiyalar da daxil edilə bilər.
Rusiyaya qarşı 19-cu sanksiyalar paketi Avropa İttifaqı tərəfindən 2025-ci ilin oktyabr ayının sonunda təsdiqlənmişdi. Həmin məhdudiyyətlər Rusiyanın enerji sektorundan əldə etdiyi gəlirlərə təsir göstərmiş, həmçinin üçüncü ölkələr vasitəsilə sanksiyalardan yayınma sxemlərinə nəzarəti gücləndirmişdi.







