2 C
Baku
Thursday, February 5, 2026

Mingəçevir Şəhər İcra Hakimiyyətində yeni təyinat

Mingəçevir Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısı İlham İsmayılov bir neçə ildir boş qalan I müavin postuna təyinat aparıb.

Banker.az xəbər verir ki, bu barədə jurnalist Esmira Hidayətova məlumat yayıb.

O bildirib ki, bu vəzifəyə şəhərdə tanınmış şəxslərdən olan Məhluqə Cavadova təyin olunub.

Xatırladaq ki, M.Cavadova bu təyinadək başçının müavini – Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışıb. O, 2014-cü ildən bu vəzifəni icra edirdi. Yeni struktur dəyişikliyi nəticəsində həmin vəzifə ləğv edilib.

Onu da qeyd edək ki, daha əvvəl M.Cavadovanın Mingəçevirdə klinika sahibi olmasına dair məlumatlar yayılıb.

Son xəbərlər
Digər xəbərlər