Azərbaycan bu gün əsas diqqəti süni zəka sahəsində irəliyə doğru addım atmağa yönəldir.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.
Dövlət başçısı iqtisadi vəziyyətin sabit olduğunu da söyləyib:
“İqtisadi vəziyyətimizə gəldikdə, o sabitdir. Xarici borc həcmi çox aşağıdır, ÜDM-in 6,1 faizini təşkil edir. Bu, ola bilsin, dünyada ən aşağı göstəricilərdən biridir. Biz, həmçinin maliyyə ehtiyatlarını yığırıq və hər il onları artırırıq ki, iqtisadiyyat sabit qalsın. S&P kimi aparıcı reytinq təşkilatları kredit reytinqimizi sərmayə və müsbət səviyyəsinə qaldırıb. Bu isə islahatların təzahürüdür. Biz demoqrafik baxımdan müsbət dinamikanı müşahidə edirik. Əhali artır, ola bilsin 10 il əvvəl olduğu kimi deyil. Lakin biz eyni mənzərəni regionun digər ölkələrində də görürük. Bununla belə, demoqrafik vəziyyət müsbətdir. Yoxsulluq səviyyəsi təxminən 5 faizdir. Düşünürəm ki, bu da yaxşı nəticədir. Görünür ki, iqtisadi inkişaf və sosial müdafiə Azərbaycanda yan-yana gedir və bütün bunlar siyasi sabitliyi, proqnozlaşdırmanı, iqtisadi sabitliyi və imkanları əsaslandırır. Bir sözlə, bu gün biz əsas diqqəti qlobal tendensiyalarla ayaqlaşmaq, xüsusən də rəqəmsal transformasiyada olmaq, süni zəka, məlumat mərkəzləri sahələrində irəliyə doğru addım atmağa yönəldirik”.







