1 C
Baku
Tuesday, February 10, 2026

Gömrük Komitəsində yeni təyinatlar olub

Dövlət Gömrük Komitəsində yeni təyinatlar olub.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-polkovniki Şahin Bağırov müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, gömrük xidməti mayoru Elçin Zülfəli oğlu Qasımzadə Audit İdarəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Rövşən Siyafiq oğlu Namazov Gömrük Siyasəti Baş İdarəsinin rəisi, gömrük xidməti mayoru Şamil Rizvan oğlu Həsənli isə Daxili Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə təyin edilib. 

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər