6 C
Baku
Thursday, February 12, 2026

Hindistan ABŞ-nin “Sülh Şurası” təklifini araşdırır

Hindistan hakimiyyəti ABŞ-dan “Sülh Şurası”na qoşulmaqla bağlı dəvət alıb və hazırda Nyu-Dehlidə bu təklif öyrənilir. Bunu brifinqdə Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Randhir Jaisval bildirib.

“ABŞ-dən Sülh Şurasına qoşulmaq üçün dəvət almışıq. Hazırda bu təklifi araşdırırıq”, — deyə o bildirib.

Jaisval xatırladıb ki, Hindistan “Yaxın Şərqdə sülhə, sabitliyə və dialoqa töhfə verən təşəbbüsləri ardıcıl şəkildə dəstəkləyir”. Onun sözlərinə görə, ölkənin Baş naziri Narendra Modi regionda, o cümlədən Qəzzada uzunmüddətli və dayanıqlı sülhə yol açan təşəbbüsləri alqışlayıb.

Yanvarın 22-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində 19 ölkənin nümayəndələri Qəzza sektorunda sülh nizamlanması məqsədilə yaradılmış Sülh Şurasının nizamnaməsini imzalayıblar. Vaşinqton bildirib ki, təşkilata digər dövlətlər də qoşulub. Şura İsrail ilə radikal fələstin hərəkatı Hamas arasında razılaşmaya uyğun yaradılıb və Qəzzanın idarə olunmasına dəstək verməklə yanaşı, digər regionlarda münaqişələrin qarşısının alınması və tənzimlənməsi ilə də məşğul olacağı nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər