5 C
Baku
Thursday, February 12, 2026

Qazaxıstan aviaşirkəti Almatıdan Bakıya birbaşa reysləri bərpa edir

Qazaxıstanın “Air Astana” hava yolları şirkəti Almatıdan Bakıya birbaşa hava reyslərini bərpa edir.

Bu barədə “Air Astana”nın məlumatında bildirilib.

“15 mart 2026-cı il tarixindən etibarən Almatı–Bakı–Almatı marşrutu üzrə reyslər həftədə iki dəfə – cümə axşamı və bazar günləri yerinə yetiriləcək. Aprel ayından etibarən reyslərin sayı həftədə üç dəfəyə, may ayından isə dörd dəfəyə çatdırılacaq: bazar ertəsi, cümə axşamı, cümə və bazar günləri”, – deyə şirkətin məlumatında bildirilir.

Aviaşirkət həmçinin Atırau–Bakı–Atırau marşrutu üzrə müntəzəm reyslərin sayını həftədə üç dəfəyə qədər artırır: 18 martdan etibarən reyslər bazar ertəsi, çərşənbə və şənbə günləri; apreldən isə çərşənbə axşamı, cümə axşamı və şənbə günləri yerinə yetiriləcək. Uçuş müddəti Almatıdan 3 saat 35 dəqiqə, Atıraudan isə 1 saat 25 dəqiqə təşkil edir.

Qazaxıstan vətəndaşlarına Azərbaycana səfər etmək üçün viza tələb olunmur.

Qeyd edək ki, 2002-ci ildə təsis olunmuş “Air Astana” aviaşirkəti Qazaxıstanın aparıcı və ən böyük aviadaşıyıcısıdır.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər