7 C
Baku
Friday, February 13, 2026

“Bakelektromaşın” şirkətində idarəetmənin yeni tərkibi seçiləcək

31 mart 2026­cı il saat 11:00­da “Bakelektromaşın” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

Banker.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. ASC­-nin idarəetmə orqanlarının yeni tərkibinin seçilməsi

2. “Bakelektromaşın” ASC­-nin 2025­ci il üzrə maliyyə ­təsərrüfat fəaliyyətinin nəticələrinə aid hesabatın dinlənilməsi və müzakirəsi

3. ASC­nin əmlakının bölünməsi ilə bağlı aparılmış hazırlıq işləri, ilkin qiymətləndirmələr və mümkün variantlar barədə məlumatın dinlənilməsi, məsələnin əlavə araşdırılması məqsədilə növbəti ümumi yığıncağın gündəliyinə çıxarılması barədə qərar layihəsinin müzakirəsi

4. Digər məsələlər.

Xatırladaq ki, “Bakelektromaşın” ASC 2004-cü ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Ramin Şirinovdu.

Son xəbərlər
Digər xəbərlər