2025-ci ildə Azərbaycana Amerika Birləşmiş Ştatlarından 21 min nəfər turist gəlib.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ildə bu göstərici də təxminən 21 min nəfər idi.
Beləliklə, turist sayında illik müqayisədə təxminən 2 faiz artım qeydə alınıb.
ABŞ turistlərinin Azərbaycanda çəkdiyi xərclər 2025-ci ildə 53 mln. manat təşkil edib. 2024-cü ildə isə bu göstərici 47 mln. manat olub. Beləliklə, xərclər illik müqayisədə təxminən 14 faiz artıb.
Adambaşına düşən xərclər 2025-ci ildə 2 478 manat, 2024-cü ildə isə 2 205 manat səviyyəsində olub.







