8 C
Baku
Monday, February 16, 2026

Tramp: “Sülh Şurası” ölkələri Qəzzanın yenidən qurulması üçün 5 milyard dollar ayıracaq

“Sülh Şurası”na üzv ölkələr 19 fevralda keçiriləcək ilk iclas zamanı Qəzza zolağının yenidən qurulması üçün 5 milyard dollardan çox vəsait ayıracaq.

Bu barədə ABŞ Prezidenti Donald Tramp öz “Truth” hesabında məlumat evrib.

Onun sözlərinə görə, 19 fevralda Vaşinqton Sülh İnstitutunda keçiriləcək “Sülh Şurası”nın ilk iclasında üzv ölkələr Qəzzada yenidənqurma və humanitar yardım səyləri üçün 5 milyard dollardan çox vəsait ayıracaqlar.

Tramp “Sülh Şurası”na üzv dövlətlərin Qəzzada sülh və təhlükəsizliyi qorumaq üçün minlərlə əsgər yerləşdirməyə hazır olduqlarını deyib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər