14 C
Baku
Tuesday, February 17, 2026

Pensiyaçı 6 il işlədikdə pensiyası proaktiv qaydada yenidən hesablanaraq artırılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qurulan proaktiv mexanizm yalnız pensiya təyinatının deyil, pensiyanın yenidən hesablanmasının e-sistem üzərindən avtomatik həyata keçirilməsinə imkan yaradıb.

Banker.az bu barədə Nazirliyə istinadən xəbər verir.

Yaşa görə pensiya təyin edilmiş şəxs pensiya təyinatından sonra işləməkdə davam etdikdə, bu iş dövrünün 6 ili tamam olduğu gün pensiyası avtomatlaşdırılmış qaydada yenidən hesablanaraq artırılır.

Onun pensiyaya çıxdıqdan sonrakı dövrdə işləyərək fərdi hesabında topladığı pensiya kapitalı 72-yə (6 il × 12 ay) bölünür və yekun məbləğ pensiyasının üzərinə əlavə edilir.

Bu, proaktiv xidmət işləyən pensiyaçıların pensiyalarına artımların onların bunun üçün müvafiq quruma müraciət etməsinə ehtiyac qalmadan həyata keçirilməsini təmin edir.

Son xəbərlər
Digər xəbərlər