12 C
Baku
Wednesday, February 18, 2026

“Premium Bank”ın rəhbərliyinə təyinat olub

“Premium Bank” ASC-nin Müşahidə Şurasına yeni üzv seçilib.

Banker.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarı ilə Orxan Məlikov Rasim oğlu Müşahidə Şurasının üzvü seçilib.

Buna qədər qeyd edilən vəzifə vakant idi. Beləliklə M.Ş. üzvlərinin sayı sədrlə birlikdə üçə yüksəlib.

İxtisasca hüquqşünas olan Orxan Məlikov 2019-cu ildən “Premium Bank” ASC-də çalışır. 2025-ci ilin oktyabrına Hüquq departamentinin direktoru idi.

Xatırladaq ki, “Premium Bank” ASC 1994-cü ildə təsis edilib və 174.6 milyon manat nizamnamə kapitalı var. Bankın nizamnamə kapitalının əsas payçısı 84.5% ilə Cahangir Əsgərova məxsusdur. Səhmlərin qalan 15.22%-i “VİP Aviasiya Xidmətləri Şirkəti” MMC-yə, 0.31% isə Elvira Əhmədovaya məxsusdur.

Son xəbərlər
Digər xəbərlər