7 C
Baku
Wednesday, February 18, 2026

Məhkumların alimentlərini ödəmələri ilə bağlı yeni təklif

Naxçıvan Muxtar Respublikasının Ombudsmanı məhkumların alimentlərini ödəmələri məqsədilə cəzaçəkmə müəssisələrində yeni istehsal sahələrinin yaradılmasını təklif edib.

İnsan Hüquqları üzrə Müvəkkil məsələ ilə bağlı Ali Məclis qarşısında təklif qaldırıb.

Ombudsman müvəqqəti saxlama yerləri, istintaq təcridxanası, cəzaçəkmə müəssisələrində təmir-bərpa işlərinin genişləndirilməsi və infrastrukturun müasirləşdirilməsini təklif edib.

Müvəkkil həmçinin məhkumların maddi ehtiyacları, habelə aliment və başqa borclarının ödənilməsi və ictimai faydalı əməyə cəlb olunması məqsədilə cəzaçəkmə müəssisələrində yeni istehsal sahələrinin yaradılmasını məqsədəuyğun hesab edib.

Ombudsman penitensiar müəssisələrdə məhkumlara mütəmadi olaraq psixoloji yardımın göstərilməsi məqsədilə məhkumlarla işləmək bacarığına malik peşəkar və ixtisaslaşmış psixoloqların cəlb edilməsini, məhkumların sosial adaptasiyası və cəmiyyətə inteqrasiyası üçün hazırlıq imkanlarının genişləndirilməsini vacib sayır.

O həmçinin videozənglərin təşkil edilməsinin məhkumun ailəsi və yaxınları ilə əlaqələrini möhkəmləndirməklə islah prosesinə müsbət təsiri, görüş üçün sərf ediləcək nəqliyyat xərclərinə (xüsusilə uzaqda yaşayanlar üçün) qənaəti nəzərə alaraq məhkumların videogörüş keçirmək hüququnun təmin olunması üçün zəruri addımların atılmasını gündəmə gətirib.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər