14 C
Baku
Thursday, February 19, 2026

Fransada 1,2 milyon bank hesabının məlumatları oğurlanıb

Fransanın İqtisadiyyat Nazirliyi bildirib ki, kibercinayətkar 1,2 milyon bank hesabı ilə bağlı məlumatlara çıxış əldə edib. Hakimiyyət orqanları yaxın vaxtlarda məlumat sızmasından zərər çəkmiş bank müştəriləri ilə əlaqə saxlayacaqlarını vəd ediblər.

Məlumata görə, cari ilin yanvarında özünü vəzifəli şəxs kimi təqdim edən kiberhücumçu Fransadakı banklarda açılmış bütün hesablar barədə məlumatların yer aldığı faylın bir hissəsinə çıxış əldə edib. Xüsusilə, onun əlinə RIB/IBAN bank hesab nömrələri, müştərilərin şəxsi məlumatları, ünvanlar, bəzi hallarda isə vergi ödəyicilərinin identifikasiya nömrələri keçib.

İqtisadiyyat Nazirliyi qeyd edib ki, bu məlumatlar həmin hesablardan pul köçürmək və ya vəsaiti çıxarmaq üçün kifayət deyil. Lakin əldə olunan məlumatların daha mürəkkəb dələduzluq sxemlərində istifadə olunması mümkündür, məsələn, müəyyən hallarda kreditorlar adından birbaşa debet köçürmələrinin həyata keçirilməsi üçün istifadə edilə bilər.

Son xəbərlər
Digər xəbərlər