9 C
Baku
Thursday, February 19, 2026

Hakan Fidan: Türkiyə Qəzzaya beynəlxalq sabitləşmə qüvvələrinə öz heyətini göndərməyə hazırdır

Türkiyə Qəzzaya beynəlxalq sabitləşmə qüvvələrinə öz heyətini göndərməyə hazırdır.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında çıxışı zamanı deyib.

Hakan Fidanın sözlərinə görə, iki ildən sonra ABŞ Prezidenti Donald Trampın şəxsi təşəbbüsü və Türkiyənin müştərək səyləri ilə münaqişəyə son qoyulub:

“Amma humanitar vəziyyət həssas məsələdir. Odur ki, birlikdə səylərimiz vacibdir. Səhiyyə və təhsilin bərpasına, Qəzza polisinin təliminə dəstəyə, eləcə də beynəlxalq sabitləşmə qüvvələrinə öz heyətimizi göndərməyə də hazırıq. Ədalətə, sülhün təminatına səylərinizi dəstəkləyirik”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər