İranın qərbində yerləşən Həmədan əyalətində təlim-tədris məqsədli hərbi təyyarə qəzaya uğrayıb, bu barədə “Fars” agentliyi xəbər verir. Təyyarənin göyərtəsində iki pilot olub. Onlardan biri həlak olub.
Həmədan əyalətinin qubernator müavini Həmzə Əmrai bildirib ki, qəzanın səbəbləri araşdırılır. Hadisənin detalları açıqlanmayıb.
“Fars” qeyd edir ki, təyyarə gecə təlim uçuşu həyata keçirirdi.







