2025-ci ildə Azərbaycanın yerli siqaret istehsalçısının ixrac coğrafiyası genişlənməkdə davam edir.
Banker.az xəbər verir ki, siqaret istehsalçısı “Tabaterra” QSC keçən il xaricə ümumi ixrac 2 mlrd. 959.44 mln. ədəd siqaret satıb, bu da 2024-cü illə müqayisədə 38.39% çoxdur. İxracın dəyəri isə 46.63 mln. dollar olub və illik artım 38.71% təşkil edib. 2024-cü ildə bu göstərici 33.63 mln. dollar idi.
Dövlət Statistika Komitəsinin məlumatına görə, yerli zavod 2025-cü il üzrə 17 mlrd. 678 mln. ədədlik siqaret istehsal edib. Bu illik 16% artımdır.
Ən böyük alıcı Gürcüstan olaraq qalır. 2025-ci ildə bu ölkəyə ixrac 2 mlrd. 439.56 mln. ədəd olub və dəyəri 41.71 mln. dollar təşkil edib. Həcm 35.60%, dəyər isə 35.88% artıb. Orta qiymət hər 1000 ədəd üçün 17.11 dollar olub və 0.22% artım qeydə alınıb.
Rusiyaya ixrac 252.37 mln. ədəd və 2.55 mln. dollar olub. Həcm 161.76%, dəyər isə 179.56% artıb. Orta qiymət hər min ədəd üçün 10.11 dollar olub, illik müqayisədə 7.40% bahalaşma qeydə alınıb.
Oman bazarına ixrac 73.19 mln. ədəd və 0.55 mln. dollar təşkil edib. Həcm 0.58%, dəyər isə 17.88% artıb. Orta qiymət 7.50 dollar olub və 17.88% yüksəlib.
Honkonqa ixrac 53.46 mln. ədəd və 0.53 mln. dollar olub. Bu bazara ixrac 224.36% artıb, orta qiymət isə hər min ədəd üçün 10 dollar olub.
Birləşmiş Ərəb Əmirliklərinə ixrac 31.84 mln. ədəd və 0.35 mln. dollar təşkil edib. Həcm 218.40%, dəyər 313.38% artıb. Orta qiymət min ədəd üçün 11.05 dollar olub və 26.00% bahalaşıb.
Tacikistan və Özbəkistan bazarlarında da ixrac artıb. Tacikistana 33.19 mln. ədəd, Özbəkistana 28.01 mln. ədəd ixrac olunub. Orta qiymət Tacikistanda 10.16 dollar, Özbəkistanda isə 8.37 dollar təşkil edib.






