ABŞ prezidenti Donald Tramp Ukraynadakı vəziyyətə görə Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaları bir il müddətinə uzadıb. Bu, ABŞ-nin Federal Reyestrinin saytında dərc olunan sənəddən məlum olur.
“13660 saylı sərəncam ilə tətbiq edilmiş milli fövqəladə vəziyyət rejimini bir il müddətinə uzadıram”, — deyə sənəddə qeyd olunur. Sənəd fevralın 20-də dərc olunacaq.
Ukraynadakı müharibə ilə əlaqədar fövqəladə vəziyyət rejimi ABŞ-nin keçmiş prezidenti Barak Obama tərəfindən tətbiq edilmişdi. Həmin vaxt Vaşinqtonun məhdudiyyətləri ABŞ-nin Krımın Rusiyaya birləşdirilməsində iştirak etdiyini hesab etdiyi şəxslərin əmlakının dondurulmasını nəzərdə tuturdu. Sanksiyalar siyahısı 2018-ci və 2022-ci illərdə genişləndirilmişdi.






