9 C
Baku
Friday, February 20, 2026

FS: 2026-cı ilin sonuna qədər Azərbaycanda uçot dərəcəsi 6 %-ə enə bilər

Azərbaycan Mərkəzi Bankı (AMB) ehtiyatlı pul-kredit siyasətini qoruyub saxlayacaq.

Banker.az xəbər verir ki, bu barədə “Fitch Solutions” beynəlxalq analitik şirkətinin hesabatında qeyd olunub.

“Mərkəzi Bank əsas faiz dərəcəsini hazırkı 6,5 %-dən 2026-cı ilin sonuna qədər tədricən %-ə endirəcək”, – hesabatda bildirilir.

Qeyd edək ki, AMB-nin İdarə Heyəti fevralın 4-də uçot dərəcəsinin 0,25 faiz bəndi azaldaraq 6,5 %-ə endirilməsi barədə qərar qəbul edib. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar aprelin 2-də açıqlanacaq.

“Manatın məzənnəsi intervensiyalar hesabına 1,7 AZN/USD səviyyəsində dəstəklənərək ciddi şəkildə idarə olunmaqda davam edəcək ki, bu da hakimiyyətin milli valyutanın sabitliyinin qorunmasına uzunmüddətli sadiqliyini əks etdirir”, – hesabat müəllifləri vurğulayıblar.

Mənbəreport
Son xəbərlər
Digər xəbərlər