7 C
Baku
Friday, February 20, 2026

İran ABŞ ilə saziş layihəsini 2-3 gün ərzində hazırlamağı planlaşdırır

Tehran Vaşinqtonla nüvə sahəsində mümkün saziş layihəsini 2-3 gün ərzində hazırlamağı planlaşdırır.

Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi MSNBC telekanalına müsahibəsində bildirib.

“Mənim üçün növbəti addım mümkün saziş layihəsini ABŞ-dən olan həmkarlarımıza təqdim etməkdir. İnanıram ki, yaxın 2-3 gün ərzində o, hazır olacaq”, – o deyib.

Bununla yanaşı, A.Əraqçi qeyd edib ki, İranın nüvə proqramı üzrə sazişi yalnız ABŞ İrana hörmət göstərəcəyi təqdirdə mümkündür.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər