Azərbaycan məhkəmələri kağız daşıyıcılardan imtinaya hazırlaşır.
Bunu Azərbaycan Hakimlərinin II Forumunda Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev Ali “Rəqəmsallaşma və süni intellektin tətbiqi” adlı panel müzakirəsində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, tam elektron icraata keçid kağız daşıyıcılardan imtina üzərində qurulub:
“Bəzi sübutlar ölçü və məzmun baxımından fiziki olaraq təqdim ediləcək. Elektronlaşdırma zamanı işə hansı məhkəmə tərəfindən baxılmasının fərqi qalmadığı üçün hakimlər arasında bərabər iş yükü yaranacaq. Nəticədə məhkəmə üçün data bazası da formalaşacaq”.






