Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Bakı şəhərinin bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.
20 fevral saat 23:00-dan 23 fevral saat 08:00-dək Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsində (Xətai prospektindən Gülarə Qədirbəyova küçəsinədək olan hissədə) nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Eyni zamanda, 21 fevral saat 08:00-dan 23 fevral saat 22:00-dək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsinin Qaçaq Nəbi küçəsindən Nizami rayonu, Məmmədəli Şərifli küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri, həmçinin zərurət yarandıqda alternativ yollardan istifadə etmələri xahiş olunur.






