ABŞ prezidenti Donald Tramp qlobal idxal rüsumunu artırdığını açıqlayıb.
Ağ Ev rəhbəri bu barədə “Truth Social” hesabında yazıb.
Onun sözlərinə görə, ABŞ Ali Məhkəməsinin tariflərlə bağlı qərarının ətraflı və hərtərəfli təhlilindən sonra 10 faizlik qlobal rüsum dərhal qüvvəyə minməklə 15 faizə qaldırılır.
Tramp qeyd edib ki, bir çox ölkələr onilliklər ərzində ABŞ-dan birtərəfli şəkildə faydalanıb və yeni qərar qanunvericilik çərçivəsində icazə verilən və hüquqi baxımdan sınaqdan çıxmış maksimum həddə uyğundur.







