7 C
Baku
Monday, February 23, 2026

ABŞ 24 fevraldan rüsumların bir qismini ləğv edəcək

ABŞ hakimiyyəti 24 fevral tarixindən etibarən bir sıra mallara tətbiq edilən əlavə rüsumların tutulmasını dayandıracaq. Bu barədə ABŞ-nin Gömrük və Sərhəd Mühafizəsi Xidməti məlumat yayıb.

Bəyanatda bildirilir: “Beynəlxalq fövqəladə iqtisadi səlahiyyətlər haqqında qanuna (IEEPA) əsasən və müvafiq prezident fərmanlar çərçivəsində tətbiq edilən rüsumlar 24 fevral 2026-cı il tarixində Şərq sahili vaxtı ilə saat 00:00-dan etibarən qüvvədən düşəcək və istehlak üçün idxal edilən və ya anbarlardan istehlak məqsədilə çıxarılan mallara artıq tətbiq olunmayacaq”.

“Reuters” agentliyinin qeyd etdiyi kimi, dərc edilən siyahıya ABŞ Ali Məhkəməsinin qanunsuz hesab etdiyi rüsumlar daxildir.

Son xəbərlər
Digər xəbərlər