7 C
Baku
Monday, February 23, 2026

İlham Əliyev İranın yol və şəhərsalma nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 23-də İranın yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Banker.az xəbər verir ki, söhbət zamanı Fərzanə Sadiqin ötən il Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşü məmnunluqla xatırlandı.

Dövlət başçısı bir müddət əvvəl İran Prezidenti Məsud Pezeşkianla telefon danışığını xatırladaraq, həmin telefon söhbəti əsnasında dost ölkələr kimi Azərbaycanla İran arasında qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu deyib.

İkitərəfli gündəliyin genişlənməsini məmnunluqla qeyd edən Prezident İlham Əliyev Azərbaycanla İranın birgə icra etdiyi layihələrin həm ölkələrimiz, həm də region üçün geniş imkanlar açacağını vurğulayıb.

Dövlət başçısı Fərzanə Sadiqin Azərbaycana səfəri çərçivəsində bütün bu məsələlərin müzakirə ediləcəyinə və səfərin yaxşı nəticələrinin olacağına ümidvarlığını bildirib.

Azərbaycana yenidən gəlməsindən məmnunluğunu ifadə edən Fərzanə Sadiq qəbula görə dövlətimizin başçısına minnətdarlıq etdi.

O, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın salamlarını dövlətimizin başçısına çatdırdı və vurğuladı ki, İran Prezidenti Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verir.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Məsud Pezeşkiana çatdırmağı xahiş etdi.

Fərzanə Sadiq ölkələrimiz arasında tarixi, dini və mədəni əlaqələrin mövcud olduğunu vurğuladı.

Söhbət zamanı Bakıda keçiriləcək “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadiyyat, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyası”nın 17-ci iclasının əhəmiyyətinə toxunuldu, Şimal-Cənub nəqliyyat dəhlizi, Araz çayı üzərində Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün inşası və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edildi.

jbd7ewRPanS3T4nXkL2RGMqnR5p79KGqXXb9yZLC 1200 SLHp0apb8ItGwqb5UXnXVbXGQ2CIZy4WjbMruD1k 1200 eNo5g2aiSfc8DPYrhCGOPhU1GJSDf6B15keZR86r 1200 KlAZ8i4nOdM98rlLMemcha0P5jVNg9ggoEUr7vSr 1200

Son xəbərlər
Digər xəbərlər