6 C
Baku
Monday, February 23, 2026

“Chevron” və “Lukoil” İraqdakı neft yatağı ilə bağlı ilkin razılaşmalar imzalayıb

Bu gün, 23 fevral tarixində “Chevron” İraqın “Basra Oil Company” (BOC) şirkəti ilə nəhəng “Qərbi Kur­na-2” neft yatağı üzrə məxfi məlumatların mübadiləsinə dair ilkin razılaşmalar imzaladığını açıqlayıb. Bu barədə “Reuters” yazır. Razılaşmalar tərəflərə yataqla bağlı eksklüziv danışıqlar aparmaq hüququ da verir.

Sazişlərin qüvvəyə minməsi üçün İraq Nazirlər Kabinetinin təsdiqi tələb olunur. Bundan əlavə, bəzi mərhələlər digər qurumların, o cümlədən ABŞ-nin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) razılığından asılıdır.

Ötən həftə İraq hökuməti yatağın əməliyyatlarının BOC şirkətinə verilməsi məsələsi üzrə Rusiya şirkəti “Lukoil” ilə “dinc həll” razılaşmasını təsdiqləmişdi.

Keçən ay ABŞ-nin “Lukoil”ə qarşı sanksiyalar tətbiq etməsindən sonra İraq bu yatağı milliləşdirib. Vaşinqton bu addımı Rusiyaya Ukraynadakı hərbi əməliyyatları dayandırmaq üçün təzyiq məqsədilə atıb.

Xatırladaq ki, “Lukoil” ABŞ sanksiyalarına uyğun olaraq aktivlərini 28 fevraladək satmalıdır.

Son xəbərlər
Digər xəbərlər