Türkiyənin Balıkesir vilayətinin qubernatoru İsmail Ustaoğlu 9-cu aviabazaya məxsus F-16 qırıcısının qəzaya uğradığını bildirib. Pilot həlak olub.
Qubernatorun məlumatına görə, qəza planlı tapşırığın icrası zamanı Bakı vaxtı ilə saat 01:50 radələrində baş verib. O, “X” sosial şəbəkəsində həlak olan pilotun ailəsinə başsağlığı verib.
Türkiyə Müdafiə Nazirliyi qırıcının qəzaya uğraması barədə məlumatı təsdiqləyib, bu barədə Yeni Akit nəşri məlumat yayıb. Hərbçilər axtarış-xilasetmə əməliyyatı təşkil edərək təyyarənin qalıqlarını aşkar ediblər. Müdafiə qurumundan bildirilib ki, aviaqəzanın səbəbləri istintaq komissiyası tərəfindən araşdırılacaq.





