9.1 C
Baku
Thursday, February 26, 2026

Azərbaycanda 2026-cı ilin sistem əhəmiyyətli bankları açıqlandı – SİYAHI

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sistem əhəmiyyətli banklarını açıqlayıb.

Banker.az-ın əldə etdiyi məlumata əsasən, bunlar “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Kapital Bank” ASC, “PAŞA Bank” ASC, “Bank Respublika” ASC “Unibank KB” ASC-dir.

Sistem əhəmiyyətli banklar ölkənin maliyyə sabitliyi üçün xüsusi əhəmiyyət daşıyan, mümkün problemi bütün bank sisteminə təsir edə biləcək banklardır. Bu banklar Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən xüsusi meyarlarla qiymətləndirilir.

Qiymətləndirmə dörd istiqaməti əhatə edir: ölçü, qarşılıqlı bağlılıq, əvəzolunmazlıq və mürəkkəblik. Ölçü üzrə cəmi aktivlər və depozit portfeli nəzərə alınır. Qarşılıqlı bağlılıq bankın digər maliyyə institutları ilə öhdəlik və tələblərini əhatə edir. Əvəzolunmazlıq meyarında ödəniş əməliyyatları (o cümlədən AZİPS üzərindən), əmanətçi və müştəri sayı, eləcə də bankın filial və POS şəbəkəsi qiymətləndirilir. Mürəkkəblik isə törəmə alətlər və ticarət məqsədli qiymətli kağızların həcmi ilə ölçülür.

Hesablanmış indeks 420 baza bəndi və ya daha yüksək olduqda bank sistem əhəmiyyətli sayılır.

Hər il 1 martadək Mərkəzi Bank tərəfindən siyahı təsdiqlənir və rəsmi qaydada elan olunur.

 

 

 

Son xəbərlər
Digər xəbərlər