5 C
Baku
Sunday, March 1, 2026

İran ali lider Əli Xameneinin ölümü təsdiqləndi – Keçid mərhələsinə Pezeşkian rəhbərlik edəcək

İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Yerli KİV-ə istinadən xəbətə görə ki, bu barədə İranın Dövlət Xəbər Agentliyi (İRNA) məlumat yayıb.

“İslam İnqilabının ali rəhbəri şəhid olub”, – məlumatda bildirilib.

Qeyd olunub ki, o, ABŞ və İsrailin hücumları nəticəsində həlak olub.

“Tasnim” agentliyi isə bildirib ki, Xamenei şənbə günü səhərin erkən saatlarında, iş yerində şəhid olub.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Xameneinin öldürüldüyünü açıqlamışdı.

KİV: Xameneinin ölümündən sonrakı keçid mərhələsinə rəhbərlik edəcək şəxslər açıqlanıb

İranda Ali Rəhbər Əli Xameneinin ölümündən sonrakı keçid mərhələsinə İran prezidenti Məsud Pezeşkian, Məhkəmə sisteminin rəhbəri Qulam Hüseyn Muhsini İcai və Konstitusiyanın Müdafiəsi Şurasının hüquqşünaslarından biri rəhbərlik edəcəklər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər