8 C
Baku
Monday, March 2, 2026

“Azersun Holding”in şirkətinə yeni rəhbər təyin edilib

“Azersun Holding” MMC-nin törəmə şirkəti olan “Azərsun Kənd Təsərrüfatı Məhsulları MMC”nin direktoru dəyişdirilib.

Banker.az xəbər verir ki, Rüstəmov Rüstəm Qərib oğlu şirkətin direktoru təyin edilib.

R.Rüstəmov uzun müddətdir “Azersun Holding”də çalışır. Sonuncu olaraq holdinqin digər törəmə müəssisəsi olan “Qafqaz Konserv Zavodu”nun direktoru vəzifəsində çalışıb.

O bu vəzifədə Halil Tanrıverdini əvəz edib. H. Tanrıverdi 2024-cü ilin əvvəlində bu vəzifəyə təyin olunmuşdu.

Xatırladaq ki, “Azərsun Kənd Təsərrüfatı Məhsulları” MMC 2007-ci ildə təsis edilib və 41 milyon manat nizamnamə kapitalına malikdir.

Son xəbərlər
Digər xəbərlər