Azərbaycandan olan Alməmmədov Qazaxıstandakı “Hilton”a rəhbər təyin edilib

Azərbaycandan olan kadr Cavid Alməmmədov Qazaxıstandakı “Hilton” hotelə rəhbər təyin edilib.

Banker.az xəbər verir ki, Alməmmədov 2026-cı ilin martından etibarən Almatı şəhərindəki “Hilton Hotels&Resort”a baş menecer təyin edilib.

O buna qədər Bakıdakı “Hilton”nun Əməliyyat direktoru idi.

Alməmmədov səkkiz ildən çoxdur ki, “Hilton” hotel şəbəkəsinə qoşulub. İndiyə qədər “PMD Hospitality” kimi şirkətlərdə çalışıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər