®İnvestorlara yeni qazanc fürsətləri yaradan ABB istiqrazlarına abunə yazılışının başlandığı elan edilib.
Fiziki şəxslər 17 mart 2026-cı il tarixinədək ABB istiqrazlarına abunə yazıla bilərlər. İstiqrazların əldə olunması prosesi kütləvi yerləşdirmə üsulu ilə həyata keçiriləcək.
Adlı, faizli, təmin edilməmiş, sənədsiz istiqrazların 1 ədədinin nominal dəyəri 100 manatdır. Qiymətli kağızın ümumi sayı 2 buraxılışın hər birində 50 min olmaqla 100 min olacaq.
ABB istiqrazları 1 və 2 il müddətinə buraxılır. Tədavül müddəti 1 il olan istiqrazlarda illik faiz dərəcəsi 10%, 2 il olanlarda 11%-dir. Faiz gəliri rüblük ödənilir və bu gəlirdən vergi tutulmur. İstiqrazların əldə edilməsində fiziki şəxslər üstünlük hüququna malikdirlər.
İstiqrazların təkrar bazarda satışı imkanları da yaradılacaq. ABB istiqrazlarına ABB mobile tətbiqi vasitəsilə abunə yazılmaq mümkündür.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.






