“İnnovasiya və Təchizat Mərkəzi” Publik Hüquqi Şəxsi ofis və anbar kompleksi icarəsi üçün xidmət satın alıb.
Banker.az xəbər verir ki, satınalma “Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, 142 D” ünvanında yerləşən ofis və anbar kompleksinə aiddir.
Kompleksin ümumi sahəsi 12,552.30 m² təşkil edir.
Satınalma üzrə ödəniləcək məbləğ 490.000 manatdır.






