9 C
Baku
Friday, November 15, 2024

Britaniya Mərkəzi Bankı bazara 345 mlrd. dollar həcmində əlavə likvidlik verəcək

Britaniya Mərkəzi Bankı (“Bank of England”) Böyük Britaniya Avropa İttifaqından çıxdıqdan sonra maliyyə sektorunun dayanıqlığı üçün 250 mlrd. funt sterlinq (345 mlrd. dollar) həcmində əlavə likvidlik vermək niyyətindədir.

APA xəbər verir ki, bu barədə bankın icraçı direktoru Mark Karni deyib.

Onun sözlərinə görə, Britaniya bankları sön dövrlər 130 mlrd. funt sterlinq (179 mlrd. dollar) həcmində əlavə likvidlik cəlb edib: “Bu, onlara öz bizneslərini dəstəkləməyə verəcək”.

İcraçı direktor əlavə edib ki, tənzimləyici bazarı dəstəkləmək üçün bütün zəruri addımları atacaq.

 

Son xəbərlər
Digər xəbərlər