9 C
Baku
Thursday, March 5, 2026

Çinin iqtisadi artım tempi hədəfi son 35 ilin minimumuna düşüb

Çin 2026-cı il üçün iqtisadi artım hədəfini 4.5–5% səviyyəsində müəyyən edib — bu, 1991-ci ildən bəri ən aşağı göstəricidir və əsas diqqət daxili tələbatın artırılmasına yönəlib.

Banker.az xəbər verir ki, Bloomberg yeni istehlak stimullaşdırıcı tədbirlər məhdud olduğunu bildirir.

Agentlik bildirir ki, büdcə kəsiri ÜDM-in təxminən 4%-i səviyyəsində planlaşdırılır, uzunmüddətli xüsusi dövlət istiqrazlarının emissiya həcmi isə 1.3 trln. yuan təşkil edir.

Ölkə daxilində və xaricdə artan təzyiqlər etiraf edilib. İnsanların iş tapmasının və gəlirlərini artırmasının “daha çətin” olduğu qeyd olunub.

Texnoloji özünütəminat prioritet olaraq qalır, xüsusilə süni intellekt və əsas texnoloji sıçrayışlar diqqət mərkəzindədir.

Bazar reaksiyası mülayim olub. Belə ki, Çinin 300 ən iri şirkətinin səhmlərini ölçən Şanxay CSI 300 indeksi 1.4% artıb, texnoloji səhmlər yüksəlib, 10 illik istiqrazların gəlirliliyi isə sabit qalıb.

Son xəbərlər
Digər xəbərlər