7 C
Baku
Thursday, March 5, 2026

Bank of Baku-da maliyyə savadlılığı günü

®Bank of Baku cəmiyyətin bütün yaş qrupları arasında maliyyə savadlılığının artırılmasını korporativ sosial məsuliyyət fəaliyyətinin əsas hissələrindən biri hesab edir və bu istiqamətdəki addımlarını davam etdirir. 

Bu məqsədlə 4 mart tarixində Bank fo Baku tərəfindən əməkdaşlarının övladları üçün maarifləndirici tədbir təşkil olunub. 

11-15 yaşlı uşaqları əhatə edən və “Maliyyə savadlılığı hər yaşda önəmlidir!” şüarı ilə keçirilən tədbir ikihissəli şəkildə təşkil edilib: 

1-ci hissədə uşaqlara bankın Ödəniş Sistemləri departamentinin əməkdaşı Gülər Mirzəyeva tərəfindən təlim keçirilib. Təlim zamanı uşaqlara pulun yaranma tarixi, əsginaslar, büdcə planının formalaşdırılması, büdcənin idarəsi üçün mövcud olan rəqəmsal həllər, eləcə də bank kartlarının növləri, onlardan təhlükəsiz istifadə kimi mühüm mövzularda ətraflı məlumat verilib, uşaqların mövzu ilə bağlı sualları cavablandırılıb.

Tədbirin ikinci hissəsi isə intellektual yarış formatında davam edib. Bu hissədə uşaqlar komandalar şəklində yarışmaqla bərabər, səsləndirilən suallar və onlara verilən cavablar sayəsində də əhəmiyyətli məlumatlar əldə ediblər. 

Qeyd edək ki, Bank of Baku mütəmadi olaraq sosial media kanalları, Dostbank tətbiqi, eləcə də təşkil etdiyi tədbirlərlə müştərilərini maliyyə təhlükəsizliyi və fırıldaqçılıq halları barədə məlumatlandırır. Bank bundan öncə “Maliyyə savadlılığı hər yaşda önəmlidir!” şüarı ilə həm məktəblilər, həm də yaşlı nəslin nümayəndələri üçün oxşar layihələr həyata keçirib.

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com  

www.facebook.com/bankofbaku

2 2 3 1 4 2 5 1 6 2 7 8 1 9 10

Son xəbərlər
Digər xəbərlər