7 C
Baku
Friday, March 6, 2026

AZAL Naxçıvana alternativ uçuş cədvəlini açıqlayıb

Mövcud vəziyyət nəzərə alınaraq, Azərbaycan vətəndaşlarının Bakı ilə Naxçıvan arasında alternativ nəqliyyat əlaqəsindən istifadə edə bilmələri üçün AZAL-ın Bakı-İğdır-Bakı marşrutu üzrə növbəti uçuş cədvəli hazırlanıb.

Cədvələ əsasən 6 mart 2026-cı il tarixinə planlaşdırılan reyslər aşağıdakı kimidir:

Reys Bakıdan qalxma İğdıra enmə Avtobusun İğdırdan yola düşməsi Avtobusun Naxçıvandan yola düşməsi İğdırdan qalxma Bakıya 

enmə

J2 2251 / 2252 16:30 17:30 18:30 14:00 18:30 21:30
J2 2253 / 2254 17:30 18:30 19:30 15:00 19:30 22:30
J2 2255 / 2256 18:30 19:30 20:30 16:00 20:30 23:30
J2 2257 / 2258 19:30 20:30 21:30 17:00 21:30 00:30 (+1 gün)

 

Uçuşa gələrkən aşağıda qeyd olunan vacib məqamlar nəzərə alınmalıdır:

  • sərnişinlər uçuş vaxtından ən azı 1 saat yarım öncə hava limanına yaxınlaşmalı;
  • üzərlərində xarici pasport və ya yeni nəsil şəxsiyyət vəsiqələrini götürməlidirlər.

Sərnişinlərlə uçuş cədvəlində hər hansı bir dəyişiklik baş verdiyi təqdirdə ətraflı məlumat paylaşılacaq.

WhatsApp Image 2026 03 05 at 23.20.16 scaled

Son xəbərlər
Digər xəbərlər