12 C
Baku
Friday, March 6, 2026

Türkiyə bazar dalğalanmaları fonunda lirəni qorumaq üçün tədbirlər görür

Türkiyə İranda müharibənin yaratdığı bazar qarışıqlığı fonunda lirəni qorumaq üçün 12 mlrd. dollar xərcləyib.

Banker.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi bildirib.

Bu ölkənin valyuta ehtiyatlarının təxminən 15 faizinə barəabərdir.

Türkiyə Mərkəzi Bank likvidlik şərtlərini sərtləşdirib, banklar isə dollar satıblar. Bu addımlar nəticəsində lirə bir çox inkişaf etməkdə olan ölkələrin valyutalarından fərqli olaraq nisbətən sabit qalıb. Bununla belə dollar/lirə cütlüyü tarixi maksimum olan 44 səviyyəsindədir.

Türkiyə Mərkəzi Bankının ehtiyatları svoplar nəzərə alınmadan 78.4 mlrd. dollar təşkil edir, qızıl daxil olmaqla isə təxminən 200 mlrd. dollara çatır.

Analitiklərin fikrincə, bu həcm hazırda valyutanın dəstəklənməsi əməliyyatlarını davam etdirmək üçün kifayət edir, lakin uzunmüddətli geosiyasi sarsıntılar lirə və istiqrazlar üçün riskləri artıra bilər.1x 1 1 1

Son xəbərlər
Digər xəbərlər