10 C
Baku
Friday, March 6, 2026

Tramp Kubanın tezliklə çökəcəyini bəyan edib

ABŞ Prezidenti Donald Tramp Kubanın tezliklə çökəcəyini bildirib və Havananın Vaşinqtonla saziş bağlamağa hazır olduğuna əminliyini ifadə edib.

Tramp bunu CNN-ə müsahibəsində deyib.

“Kuba tezliklə süqut edəcək, bunun işə (İrana qarşı əməliyyat) aidiyyəti yoxdur, amma Kuba da çökəcək”, – o qeyd edib.

“Onlar sövdələşmə bağlamaq istəyirlər, buna görə də ABŞ dövlət katibi Markonu (Rubio) ora göndərəcəyəm. Hazırda buna köklənmişik. Bizim vaxtımız çoxdur, amma 50 il sonra Kuba hazırdır”, – Tramp vurğulayıb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər