6 C
Baku
Thursday, March 12, 2026

Dünyanın ən böyük qaz şirkətləri fors-major elan etdilər

Dünyanın ən böyük təbii qaz şirkətləri, xüsusilə “Shell” və “TotalEnergies” Qətərdə istehsalın dayandırılması fonunda fors-major elan ediblər.

Bu barədə “Reuters” nəşri mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin məlumatına görə, “Shell”, “TotalEnergies” və Asiyadakı bir neçə şirkət də daxil olmaqla, “QatarEnergy”dən maye təbii qaz alan bir neçə şirkət qaz tədarük etdikləri müştərilər üçün fors-major elan ediblər.

Dünyanın ikinci ən böyük maye qaz (LNG) ixracatçısı olan Qətər ötən həftə ildə 77 milyon ton istehsal gücünə malik müəssisəsində istehsalın dayandırıldığını və LNG təchizatı üçün fors-major elan etdiyini açıqlayıb.

Dünyanın ən böyük LNG treyderi olan “Shell” və “TotalEnergies” “QatarEnergy” ilə uzunmüddətli tərəfdaşlığa malikdirlər və şirkətin 2027-ci ilə qədər tutumu artırmağı hədəfləyən nəhəng Şimal yatağının genişləndirilməsi layihəsində çalışırlar.

Analitiklərin qiymətləndirmələrinə görə, “Shell” Qətərdən ildə 6.8 milyon ton, “TotalEnergies” isə ildə 5,2 milyon ton LNG istehlak edir və onu dünya üzrə öz müştərilərinə satırlar.

Ekspertlərin fikrincə, hələ ki bazarların bu fors-major vəziyyətinə reaksiyasını proqnozlaşdırmaq çətindir. Lakin “Shell” və “TotalEnergies” şirkətlərininn işində fasilə davam edərsə, o zaman dünyada qaz qiymətləri daha da arta bilər.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər