10 C
Baku
Thursday, March 12, 2026

“Rossmann Azərbaycan”da yeni rəhbər təyinatı

“Rossmann Azərbaycan”da yeni təyinat olub.

Banker.az xəbər verir ki, Nail Ağaverdiyev “Rossmann Azərbaycan”da və Maliyyə Direktoru (CFO) və İdarə Heyətinin üzvü təyin edilib.

O, hazırda Veysəloğlu Şirkətlər Qrupunda Biznesə Nəzarət üzrə Direktor vəzifəsini icra edir.

Bundan əvvəl 14 il ərzində Azersun Holding-də rəhbər vəzifələrdə çalışaraq maliyyə proqnozlaşdırılması və təhlili, büdcə idarəçiliyi, xərclərin təhlili və hesabatlılıq sistemlərinin avtomatlaşdırılmasına rəhbərlik edib. Həmçinin METAK MMC-də Biznes Proseslərin İdarə Edilməsi Departament Müdiri və ERP Layihə Meneceri, ASB Bank-da Maliyyə Hesabatları və Büdcə Şöbəsinin rəhbəri olub.

Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” ixtisası üzrə məzunudur.

Xatırladaq ki, 2022-ci ildə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən Azərbaycan bazarına gətirilən Rossmann brendinin hazırda ölkədə 45 mağazası və 300-dən çox işçisi var.

 

Son xəbərlər
Digər xəbərlər