2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan Mərkəzi Bankı ev təsərrüfatları ilə bağlı sorğu keçirəcək

Azərbaycan Mərkəzi Bankı (AMB) “Ev təsərrüfatlarının istehlakçı davranışları və niyyətləri” sorğusunun keçirilməsi üzrə xidmətin satın alınması məqsədilə açıq tender keçirir.

Tender Komissiyasınanın verdiyi xəbərə görə, iddiaçılar tender təklifləri və tender təklifinin bank təminatını avqustun 11-dək, digər tələb olunan sənədləri isə ən geci avqustun 2-dək Mərkəzi Bankın baş ofisinə təqdim etməlidirlər. İddiaçılar tenderə qatılmaq üçün 150 manat məbləğində iştirak haqqı ödəməlidir.

Tender proseduru avqustun 12-də Mərkəzi Bankın inzibati binasında keçiriləcək.

Report

Son xəbərlər
Digər xəbərlər